“Bank BTB” 2021 ci ilin 1-ci rübünə böyük itkilərlə strat verdi. Bankın maliyyə göstəriciləri 2020-ci ilin 1-ci rübü ilə müqayisədə ciddi şəkildə azalıb. Cari ilin ilk rübündə 365 min manat xalis mənfəət əldə edən bank kapitalında yığdığı illərin zərərindən qurtula bilməyib.
“Kommersant.az” bankın açıqldığı rüblük hesabata istinadən xəbər verir ki, “Bank BTB”nin cəmi aktivləri 1 il ərzində 27 milyon 613 min manat və ya 7,5% azalaraq 336 milyon 735 min manata enib. Bu azalmanın əsas səbəbi bankın müştərilərinə verdiyi xalis kreditlərin həcminin 9 milyon 22 min manat və ya 4,1% azalaraq 210 milyon 733 min manata düşməsidir. Bundan başqa bankın öhdəliklər cəmində də 5,7% azalma müşahidə olunub. Belə ki, 2020-ci ilin 1-ci rübü ilə müqayisədə bankın cəmi öhdəlikləri 17 milyon 129 min manat azalaraq 282 milyon 280 min manata enib. Bu azalmanın 3 milyon 152 min manatı əmanətçilərin payına düşüb. Bankda yerləşdirilən əmanətlərin həcmi 130 milyon 888 min manatadək kiçilib.
Cəmi kapitalını 10 milyon 485 min manat və ya 16,1% azaldan “Bank BTB” uzun illərdir kapitalındakı yığılmış zərərindən xilas ola bilməyib. 2019-cu ilin yekununda bankın 12 milyon 32 min manat yığılmış zərəri var idi.
Faiz gəlirləri 522 min manat azalsa da faiz xərclərini 487 min manat artıran bankın xalis faiz gəlirir 1 milyon 9 min manat və ya 29% azalaraq 2 milyon 467 min manata düşüb. Qeyri-faiz gəlirinin 706 min manat, qeyri-faiz xərclərinin isə 565 min manat artması onun əməliyyat mənfəətinin artmasına kifayət etməyib. 2020-ci ilin ilk rübü ilə müqayisədə bankın əməliyyat mənfəəəti 869 milyon manat və ya 93,6% azalaraq 9 min manatadək kiçilib.
Mənfəət vergisini ödəməyən “Bank BTB”nin xalis mənfəəti 397 min və ya 52% azalaraq 365 min manata düşüb.
Bank 2021-ci ilin ilk rübündə 51 milyon 237 məcmu kapitala sahib olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11 milyon 784 min manat və ya 18,7% azdır.
Qeyd edək ki, banklar haqqında qanunun 3.2. maddəsində bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində müəyyənləşdirilib. Əks halda bankın llisenziyası Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ləğv oluna bilər.