USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Google" şirkəti “Bank BTB”-ə "3 verdi"

23.01.2023 Problemli Banklar
15 2
“Bank BTB”-nin rəsmi saytına “Google”-da 42 rəy daxil edilib. Bunlar arasında müsbət rəylərlə yanaşı mənfi rəylər də yer alıb. 42 şəxsin qiymətləndirməsi nəticəsində isə sözügedən bank “Google” şirkətindən 5 üzərindən 3.3 qiyməti alıb. Mənfi rəy bildirən bəzi şəxslərin sualına bank biganə qalmayaraq köməklik göstərməyə çalışıb. Digər rəylər isə “Google”-da cavabsız olaraq qalıb.

Kommersant.az xəbər verir ki, istifadəçilər arasında İlham Şərifovun qeydinə əsasən 12 mart 2018 tarixində “Bank BTB”-dən 30% ilə 36 aylıq kredit götürüb. Son aylarda müştəri bankın onu aldatdığını bildirib:

“12 mart 2018 tarixində “Bank BTB”-dən 30% ilə 36 aylıq kredit götürdüm. Hər ay 108 AZN ödənişlə edirdim. Son aylarda gördüm ki, bank mədəni formada məni aldadır. Hər ay daha çox faiz tələb olunur. 10 iyul 2020-ci ildə isə 690 AZN göründü. 20 avqust 2020-ci il tarixində isə 597 AZN göründü. Mən də 110 AZN ödədim. Hər ay 17 manat 27 qəpik artım olur. Siyahıya görə isə ödənişlər daha az olmalıdır. Kredit götürən hər kəs diqqətli olsun”.

İstifadəçilərdən Hacı Hacıyev isə bankın fəaliyyətini mənfi qiymətləndirərək bankın telefonlara cavab vermədiyindən gileylənib. “Bank BTB” cavab olaraq bankın iş saatı və qaynar xətti barədə məlumatları qeyd edərək istifadəçinin problemini həll etməyə çalışıb.

  • Əvvəlki

    “AFB Bank” sabiq səhmdarını məhkəməyə verdi

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0