“Rabitə Bank” və sabiq SOCAR sədri Rövnəq Abdullayev arasında əlaqə olduğunu, bu əlaqənin də bankın ən böyük səhmdarı olan Rauf Əliyevlə bilavasitə bağlı olduğu haqda məlumat vermişdik.
Kommersant.az bildirir ki, SOCAR Yanacaq Doldurma Məntəqələrində (YDM) “Rabitəbank”ın POS cihazlarından istifadə olunur. Bundan başqa sözügedən bankın ən böyük səhmdarı olan R.Əliyevin (40.6%) R.Abdullayevlə qohumluq əlaqələri də var.
Buna görə “SOCAR istiqrazları”nın satışı üzrə agent bank “Rabitəbank” seçilib.
Oxucularımıza bildiririk ki, “Rabitəbank”la bağlı araşdırdığımız mövzu banka göndərilən sorğunun gecikməsinə görə baş verir. Buna görə də sözügedən sorğunu 23.01.2023-cü il tarixində təkrar göndərir və cavab ala bilməyəcəyimiz təqdirdə məlumatı 30.01.2023-cü il tarixində birbaşa yayınlayacağımızı qeyd edirik.