2022-ci ilin son rübünə olan hesabatnı açıqlayan “Rabitəbank” banka əmanət yerləşdirən hüquqi şəxsləri itirir.
Kommersant.az xəbər verir ki, bankın öhdəliklər cəmi 2021-ci ilin son rübü ilə müqayisədə 75 milyon 54 min manat azalaraq 843 milyon 394 min manata enib. Bu azalmanın əsas səbəbi “Rabitəbank”ın əmanətçilərini itirməsidir. Belə ki, sözügedən bankda fiziki şəxslərin əmanətləri 62 milyon 196 min manat artaraq 317 milyon 32 min manata yüksəlsə də, azalmanın qarşısı alınmayıb.
Bankın depozitlər cəmi 1 il ərzində 119 milyon 678 min manat azalaraq 607 milyon 4 min manatadək enib. Depozitlərin əriməsinə əsasə səbəb isə hüquqi şəxslərin bankdan üz döndərməsi olub. Belə ki, hüquqi şəxslərin bankda yerləşdirdiyi əmanətlər 62% azalaraq 289 milyon 972 min manata düşüb.
“Rabitəbank”ın Azərbaycan Mərkəzi Bankı (AMB) və dövlət fondları qarşısında öhdəlikləri də 50% azalaraq 2 milyon 268 min manata bərabər olub.
Qeyd edək ki, bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 1 il ərzində 32 milyon 766 min manata artaraq 193 milyon 171 min manata çatıb.