“Rabitəbank”ın 2022-ci ilin sonuna olan hesabatına görə bankın aktivlər cəmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 62 milyon 883 min manat və ya 0,6% azalaraq 954 milyon 990 min manata enib.
Kommersant.az xəbər verir ki, “Rabitəbank”ın aktivlər cəminin azalmasının əsas səbəbi nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklanmış nağd vəsaitin 1 il ərzində 282 milyon 204 min manat olması, yəni 70% azalaraq 122 milyon 363 min manata düşməsidir.
Bundan başqa bankın əmlak və avadanlıqları 2021-ci ilin son rübü ilə müqayisədə 628 min manat azalaraq 12 milyon 807 min manatadək əriyib.