“Rabitəbank”ın 2022-ci ilin 12 ayına açıqladığı hesabata görə bankın xalis zərəri 10 milyon 322 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, “Rabitəbank”da əvvəlki illərin xalis zərəri 2021-ci ilin sonunda 8 milyon 811 min manat olub. Müddət ərzində isə sözügedən zərər 1 milyon 511 min manat və ya 17% artaraq 10 milyon 332 min manata bərabər olub.
Cari ilin xalis mənfəəti isə 11 mliyon 181 min manat olduğuna görə “Rabitəbank”ın bölüşdürülməmiş zərəri mənfəətə yüksəlib. Belə ki, 2022-ci ilin sonuna sözügedən bankın bölüşdürülməmiş mənfəəti 859 min manaat çatıb.