USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müştərilərini itirən "Rabitəbank"ın xalis mənfəəti - ARTIB

25.01.2023 Problemli Banklar
7 4
“Rabitəbank” 2022-ci ilin sonuna olan hesabatını açıqlayıb.

Kommersant.az xəbər verir ki, “Rabitəbank”ın aktivlər cəmi 2021-ci ilin sonu ilə müqayisədə 62 milyon 973 min manat və ya 0.6% azalaraq 954 milyon 900 min manata düşüb. Hətta bankın kredit portfelinin artması da bankın cəmi aktivlərini müsbətə çıxara bilməyib. Belə ki, bankın kredit portfeli 2021-ci ilin eyni dövrü ilə müqayisədə 136 milyon 913 min manat və ya 28.9% artaraq 610 milyon 877 min manata çatıb. Bu artımın səbəbi bankın istehlak kreditlərinin 56 milyon 445 min manat və ya 37.8% artaraq 205 milyon 605 min manata, biznes kreditləri 63 milyon 565 min manat və ya 26.3% artaraq 305 milyon 404 min manata, daşınmaz əmlak kreditləri isə 16 milyon 904 min manat və ya 20.4% artaraq 99 milyon 868 min manata çatıb.

Aktivlərin əriməsinin səbəb isə nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin 286 milyon 204 min manat və ya 70% azalaraq 122 milyon 363 min manata enməsidir.

“Rabitəbank” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 8 milyon 309 min manat və ya 25.8% azalaraq 23 milyon 850 min manata düşüb. Nəticədə bankın xalis kreditləri 145 milyon 223 min manat və ya 32.9% artaraq 587 milyon 27 min manata bərabər olub.

MÜŞTƏRİLƏR PULLARINI GERİ ÇƏKİR

“Rabitəbank”ın 2022-ci ilin sonuna olan hesabatında müştərilərini itirdiyini görürük. Belə ki, bankın öhdəliklər cəmi 75 milyon 54 min manat və ya 0.8% azalaraq 843 milyon 394 min manata enib. Bu azalmada isə baş rol depozit portfeli olub. Sözügedən portfel 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 117 milyon 678 min manat və ya 16.2% azalaraq 607 milyon 4 min manatadək əriyib.

Fiziki şəxslərin əmanətlərinin 62 milyon 196 min manat və ya 24.4% artaraq 317 milyon 32 min manata yüksəlməsi də portfelin azalmasını müsbətə daşıya bilməyib. Çünki bank hüquqi şəxslərin əmanətlərini əlində tuta bilməyib. Belə ki, həmin şəxslərin əmanətləri 179 milyon 874 min manat və ya 38.2% azalaraq 289 milyon 972 min manata bərabər olub.

CƏMİ KAPİTALI ARTIB

Bankın kapital cəmi 111 milyon 596 min manat olub. Bu da ötən ilin son dövrü ilə müqayisədə 12 milyon 171 min manat və ya 12.2% çoxdur. Bu artımın 9 milyon 670 min manatı bölüşdürülməmiş mənfəətin, 2 milyon 502 min manatı isə ümumi ehtiyatların payına düşüb.

ƏMƏLİYYAT VƏ XALİS MƏNFƏƏTİ ARTIB

“Rabitəbank”ın faiz gəliri 14 milyon 389 min manat və ya 26.6% artaraq 68 milyon 420 min manata çatıb. Bankın faiz xərcləri 19 milyon 723 min manat olub ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5 milyon 489 min manat və ya 38.5% çoxdur. Buna görə də “Rabitəbank”ın xalis faiz gəliri 22.3% və ya 5 milyon 489 min manat artaraq 48 milyon 696 min manata çatıb.

Qeyri-faiz xərclərini 19 milyon 242 min manat və ya 65% artıraraq 48 milyon 802 min manata, qeyri-faiz xərclərini isə 26 milyon 278 min manat və ya 51.9% artıraraq 76 milyon 873 min manata yüksəltməsi bankın əməliyyat mənfəəti əldə etməsinə səbəb olub. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 1 milyon 854 min manat və ya 10% artaraq 20 milyon 625 min manata çatıb.

Qeyd edək ki, bankın məcmu kapitalı 109 milon 40 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 10 milyon 765 min manat və ya 10.9% çoxdur.

Rabitəbank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

954.900

1.017.873

-62.973

Bloklaşdırılmış nağd vəsait

122.363

408.567

-286.204

Kredit

610.877

473.964

136.913

İstehlak kreditləri

205.605

149.160

56.445

Biznes kreditləri

305.404

241.839

63.565

Daşınmaz əmlak kreditləri

99.868

82.964

16.904

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

23.850

32.159

-8.309

Xalis Kreditlər

587.027

441.804

145.223

Cəmi Öhdəliklər

843.394

918.448

-75.054

Depozit

607.004

724.682

-117.678

Fiziki şəxslərin depozitləri

317.032

254.836

62.196

Hüquqi şəxslərin depozitləri

289.972

469.846

-179.874

Cəmi Kapital

111.596

99.425

12.171

Səhmdar kapitalı

101.300

101.300

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

0

0

0

Bölüşdürülməmiş mənfəət

859

-8.811

9.670

Ümumi ehtiyatlar

9.437

6.935

2.502

Faiz Gəliri

68.420

54.031

14.389

Faiz Xərci

19.723

14.225

5.489

Xalis Faiz Gəliri/Zərəri

48.696

39.806

8.890

Qeyri-Faiz Gəliri

48.802

29.560

19.242

Qeyri-Faiz Xərci

76.873

50.595

26.278

Əməliyyat Mənfəəti

20.625

18.771

1.854

Xalis Mənfəət

11.181

2.725

8.456

Məcmu Kapital

109.040

98.275

10.765

  • Əvvəlki

    “Bank Respublika”da əhalinin əmanətləri artıb

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0