Vasif Talıbovun Naxçıvan Ali Məclisindən istefa verməsi “Naxçıvan Bank”ı çətin vəziyyətə salıb.
Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “Naxçıvan Bank”ın öhdəliklər cəmi 2022-ci ilin sonunda 11 milyon 601 min manat azalaraq 234 milyon 274 min manata düşüb. Bu azalmanın əsas səbəbi bankda depoziti olan şəxslərin əmanətlərini geri çəkməsidir. Belə ki, bankın depozit portfeli 24 milyon 932 min manat və ya 13.8% azalaraq 155 milyon 416 min manata düşüb. Bu azalmada ən çox pay sahibi isə bankda əmanəti olan fiziki şəxslər olub. Onların bankdakı əmanətləri 12 milyon 660 min manat və ya 55% azalaraq 10 milyon 370 min manata bərabərləşib. Hüquqi şəxslərin əmanətləri isə 12 milyon 272 min manat və ya 0.7% azalaraq 145 milyon 46 min manatadək əriyib.