“Azərbaycan Sənaye Bankı” (ASB) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, sözügedən bankın xalis mənfəəti 3 milyon 57 min manat və ya 1.4 dəfə artaraq 5 milyon 285 min manat olub.
Kommersant.az xəbər verir ki, “ASB”nin məcmu kapitalı 4 milyon 102 min manat və ya 0.4% artaraq 104 milyon 653 min manata bərabər olub.
ASB-nin cəmi aktivləri 64 milyon 940 min manat və ya 0.7% azalaraq 747 milyon 621 min manata düşüb. Bu azalmada kredit portfelinin də payı olub. Belə ki, sözügedən portfel 1 milyon 997 min manat və ya 0.08% azalaraq 241 milyon 596 min manata enib.
ASB-nin mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 2021-ci ilin son rübü ilə müqayisədə 474 min manat və ya 0.8% azalaraq 5 milyon 508 min manata düşüb. Buna görə də bankın xalis kreditləri 236 milyon 88 min manat olub ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 1 milyon 523 min manat və ya 0.06% azdır.
Bu azalmalardan başqa ASB-nin cəmi öhdəlikləri 69 milyon 523 min manat və ya 0.9% azalaraq 637 milyon 561 min manata düşüb. Bu azalmanın əsas səbəblərindən biri də bankın depozit portfelinin əriməsidir. Belə ki, azalmada depozit portfelinin payı 93% olub.
ASB-də müştərilərin əmanətləri 1 il ərzində 64 milyon 707 min manat və ya 12.5% azalaraq 449 milyon 675 min manata düşüb.
Bankın bölüşdürülməmiş mənfəəti 2021-ci ilin son rübü ilə müqayisədə 5 milyon 286 min manat və ya 13.4% artaraq 44 milyon 713 min manata yüksəlməsi, ümumi ehtiyatları isə 703 min manat və ya 11.6% azalaraq 5 milyon 346 min manata düşüb Bununla da ASB-nin cəmi kapitalı 110 milyon 59 min olub. Bu da 2021-ci ilin eyni rübü ilə müqayisədə 4 milyon 583 min manat və ya 0.4% çoxdur.
Bankın faiz gəlirləri 2 milyon 7 min manat və ya 0.7% azalaraq 25 milyon 74 min manata düşüb. ASB faiz xərclərini də 2 milyon 733 min manat və ya 19% azaldaraq 11 milyon 624 min manata endirib. Bu azalmalara baxmayaraq, bank xalis faiz gəliri əldə edə bilib. Belə ki, ASB-nin sözügedən gəliri 13 milyon 381 min manat olub. Bu da 2021-ci ilin son rübü ilə müqayisədə 666 min manat və ya 0.5% çoxdur.
Qeyri-faiz gəliri 4 milyon 796 min manat artaraq 83.5% artaraq 10 milyon 536 min manata çatıb. Bundan başqa ASB-nin qeyri-faiz xərcləri də 3 milyon 119 min manat və ya 20% artaraq 18 milyon 743 manata çatıb. Bununla da bankın əməliyyat mənfəəti 2 milyon 342 min manat və ya 82.7% artaraq 5 milyon 173 min manata yüksəlib.