USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Premium Bank"ın kredit portfeli 14% azalıb - HESABAT

27.01.2023 Problemli Banklar
0 0
“Premium Bank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə dövlət bankının xalis mənfəəti 3 milyon 531 min manat və ya 1.8 dəfə artaraq 5 milyon 466 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bankın məcmu kapitalı 1 il ərzində 555 min manat və ya 0.03% artaraq 175 milyon 718 min manata çatıb.

AKTİVLƏR CƏMİ ƏRİYİB

“Premium Bank”ın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 68 milyon 137 min manat və ya 0.9% azalaraq 692 milyon 202 min manata düşüb. Bu azalmada kredit portfelinin payı daha çox olub. Belə ki, sözügedən portfel 71 milyon 108 min manat və ya 14% azalaraq 436 milyon 968 min manata enib. Bu azalmada ən böyük pay biznes kreditlərində olub. Bankın biznes kreditləri 78 milyon 659 min manat və ya 16.5% azalaraq 398 milyon 369 min manata düşüb. Buna baxmayaraq “Premium Bank”ın istehlak kreditləri 4 milyon 254 min manat artaraq 5 milyon 993 min manata yüksəlib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatənı 5 milyon 837 min manat artıraraq 9 milyon 332 min manata çatdırıb. Bununla da “Premium Bank”ın xalis kreditləri 427 milyon 635 min manat olub. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 76 milyon 947 min manat və ya 15.2% azdır.

PREMİUM BANK MÜŞTƏRİLƏRİNİ DƏ İTİRİB

Bankın cəmi öhdəlikləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 64 milyon 762 min manat və ya 11.3% azalaraq 509 milyon 638 min manatadək azalıb. Bu azalmanın 80%-i müştərilərin əmanətlərini geri çəkməsindən yaranıb. Bank fiziki şəxslərdən yığımlarını 13 milyon 407 min manat və ya 0.4% artıraraq 340 milyon 663 min manata yüksəldib. Buna baxmayaraq bankda əmanətləri olan hüquqi şəxslərin depozitləri 65 milyon 277 min manat və ya 34.1% azalaraq 125 milyon 827 min manatdək əriyib.

Bank ümumi ehtiyatlarını 3 milyon 950 min manat və ya 24% azaldaraq 12 milyon 468 min manata endirsə də, bölüşdürülməmiş mənfəətini 576 min manat və ya 0.3% artıraraq 15 milyon 495 min manata yüksəldib. Nəticədə bankın kapital cəmi 3 milyon 375 min manat azalaraq 182 milyon 564 min manata enib.

ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB

“Premium Bank”ın faiz gəlirləri 1 milyon 672 min manat və ya 0.5% azalaraq 30 milyon 711 min manata, faiz xərcləri isə 4 milyon 472 min manat və ya 31% azalaraq 9 milyon 943 min manata bərabər olub. Nəticədə bankın xalis faiz gəliri 20 milyon 768 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 2 milyon 800 min manat və ya 15.6% çoxdur.

Qeyri-faiz gəlirini 3 milyon 420 min manat və ya 23.2% artaraq 18 milyon 149 min manata çatıb. Bundan başqa bankın qeyri-faiz xərcləri isə 5 milyon 39 min manat və ya 15% azalaraq 28 milyon 372 min manata düşüb.

Bu artma və azalma banka əməliyyat mənfəəti əldə etməsinə səbəb olub. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 11 milyon 259 min manat və ya 15.8 dəfə artaraq 10 milyon 545 min manat olub.

Premium Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

692.202

760.339

-68.137

Kredit

436.968

508.076

-71.108

İstehlak kreditləri

5.993

1.739

4.254

Biznes kreditləri

398.369

477.028

-78.659

Daşınmaz əmlak kreditləri

32.606

29.310

3.296

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

9.332

3.495

5.837

Xalis Kreditlər

427.635

504.582

-76.947

Cəmi Öhdəliklər

509.638

574.400

-64.762

Depozit

466.490

518.360

-51.870

Fiziki şəxslərin depozitləri

340.663

327.256

13.407

Hüquqi şəxslərin depozitləri

125.827

191.104

-65.277

Cəmi Kapital

182.564

185.939

-3.375

Səhmdar kapitalı

154.601

154.601

0

Bölüşdürülməmiş mənfəət

15.495

14.919

576

Ümumi ehtiyatlar

12.468

16.418

-3.950

Faiz Gəliri

30.711

32.383

-1.672

Faiz Xərci

9.943

14.415

-4.472

Xalis Faiz Gəliri/Zərəri

20.768

17.968

2.800

Qeyri-Faiz Gəliri

18.149

14.729

3.420

Qeyri-Faiz Xərci

28.372

33.411

-5.039

Əməliyyat Mənfəəti (Zərəri)

10.545

-714

11.259

Xalis Mənfəət (Zərər)

5.466

1.935

3.531

Məcmu Kapital

175.718

175.163

555

  • Əvvəlki

    Həbs edilən gömrük əməkdaşlarının adları açıqlandı

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0