“Bank VTB” (Azərbaycan Filialı) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 7 milyon 691 min manat və ya 1.8 dəfə artaraq 11 milyon 904 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, “Bank VTB”nin məcmu kapitalı da 2021-ci ilin son rübü ilə müqayisədə 10 milyon 414 min manat və ya 16.4% artaraq 73 milyon 594 min manata bərabərləşib.
KREDİT PORTFELİ AZALSA DA, AKTİVLƏR CƏMİ ARTIB
“Bank VTB”nin cəmi aktivləri 6 milyon 166 min manat və ya 0.2% artaraq 238 milyon 493 min manata çatıb. Bu artımda əsas səbəb bankın ticarət və investisiya qiymətli kağızlarının 1 il ərzində 20 milyon 55 min manat artaraq 24 milyon 475 min manata çatmasıdır. Buna baxmayaraq, bankın kredit portfelində 5 milyon 311 min manatlıq azalma müşahidə olunub. Belə ki, bankın verdiyi istehlak kreditləri 2022-ci ilin son rübündə 70 milyon 433 min manat olub ki, bu da 2021-ci ilin eyni rübü ilə müqayisədə 14 milyon 300 min manat çoxdur. “Bank VTB”nin biznesə ayırdığı kreditlər isə 28 milyon 385 min manat və ya 36.1% azalaraq 50 milyon 186 min manata enib.
Bank daşınmaz əmlaka 39 milyon 156 min manatlıq kredit verib ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 774 min manat və ya 28.9% çoxdur. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 9 milyon 48 min manat və ya 69.5% artıraraq 22 milyon 61 min manata yüksəldən “Bank VTB”nin xalis kreditləri 137 milyon 713 min manat təşkil edib. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 14 milyon 360 min manat və ya 0.9% azdır.
HÜQUQİ ŞƏXSLƏR BANKDAN ƏLİNİ ÇƏKİB
“Bank VTB”nin cəmi öhdəlikləri 1 il ərzində 5 milyon 327 min manat azlaraq 158 milyon 275 min manata enib. Bankın depozit portfeli 2021-ci ilin eyni dövrü ilə müqayisədə 6 milyon 71 min manat artaraq 94 milyon 851 min manata çatsa da, azalmanın qarşısını almaq mümkün olmayıb. Belə ki, “Bank VTB”yə əmanət yerləşdirən fiziki şəxslərin vəsaiti 9 milyon 920 min manat və ya 18.4% artaraq 63 milyon 793 min manata bərabərləşib. Buna baxmayaraq, hüquqi şəxslər bankdakı vəsaitlərini geri çəkiblər. Hüquqi şəxslərin bankdakı depozitləri 3 milyon 849 min manat və ya 11% azalaraq 31 milyon 58 min manata düşüb.
Öhdəliklərin azalmasının əsas səbəbi isə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısındakı öhdəlikləri 1 il ərzində 18 milyon 641 min manat və ya 70.9% azalaraq 7 milyon 658 min manata enib.
Bankın bölüşdürülməmiş mənfəəti 11 milyon 904 min manat azalaraq 236 milyon 833 min manata yüksəlib. Bundan başqa ümumi ehtiyatları 410 min manat və ya 24.9% artaraq 1 milyon 237 min manata düşüb. Nəticədə bankın cəmi kapitalı cəmi 11 milyon 494 min manay və ya 16.7% artaraq 80 milyon 219 min manata çatıb.
ƏMƏLİYYAT ZƏRƏRİ MƏNFƏƏTƏ DÖNÜB
“Bank VTB”nin faiz gəliri 7 milyon 227 min manat artaraq 24 milyon 918 min manata, faiz xərcləri isə 5 milyon 177 min manat artaraq 28 milyon 708 min manata çatıb. Bununla da bankın xalis faiz gəliri 16 milyon 313 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 4 milyon 294 min manat və ya 35.7% çoxdur.
Bankın qeyri-faiz gəliri 7 milyon 91 min manat artaraq 14 milyon 312 min manata, qeyri-faiz xərcləri isə 5 milyon 177 min manat artaraq 28 milyon 708 min manata bərabərləşib. Bununla da bankın əməliyyat zərəri mənfəətə dönüb. Belə ki, bankın əməliyyat mənfəəti 6 milyon 208 min manat artaraq 1 milyon 917 min manata çatıb.