“Bank Melli İran” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə 2021-ci ili zərərlə başa vuran bank 2022-ci ildə mənfəət əldə edə bilib. Belə ki, bankın xalis mənfəəti 3 milyon 825 min manat artaraq 1 milyon 866 min manata çatıb.
Kommersant.az xəbər verir ki, farsların bankının aktivlər cəmində də artım müşahidə olunub. Bankın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 9 milyon 780 min manat və ya 11.2% artaraq 96 milyon 620 min manata çatıb. Buna baxmayaraq, bankın kredit portfeli 378 min manat və ya 0.4% azalaraq 9 milyon 466 min manata düşüb.
Depozit portfelinin 1 ilyon 829 min manat əriyərək 8 milyon 904 min manata düşməsinə baxmayaraq, bankın öhdəliklər cəmi 2021-ci ilin analoji dövrü ilə müqayisədə 7 milyon 912 min manat və ya 15.4% artaraq 59 milyon 334 min manata bərabərləşib.
Yığılmış zərərini 1 milyon 867 min manat azaldaraq 36 milyon 325 min manata endirən farsların bankı cəmi kapitalını da elə o qədər artıra bilib. Bununla da bankın cəmi kapitalı 2022-ci ilin son rübündə 37 milyon 285 min manata bərabərləşib.
Faiz gəliri 16 min manat azalaraq 3 milyon 426 min manata düşüb. Faiz xərcləri azaldığı rəqəm kimi (69 min manat) kəlləmayallaq duran farsların bankı sğözügedən xərclərini 231 min manata endirə bilib. Bununla da bankın xalis gəliri 3 milyon 194 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 52 min manat çoxdur.
Bankın məcmu kapitalı isə 1 il ərzində 958 min manat artaraq 53 milyon 626 min manata yüksəlib. Bununla da İranın Mərkəzi Bankının Bakıdakı filialının lisenziyasının əlindən alınmasına cəmi 3 milyon 627 min manat lazımdır. Belə ki, banklar haqqında qanuna görə Azərbaycanda fəaliyyət göstərən bankların məcmu kapitalı 50 milyon manatdan az olmamalıdır. Farsaların bankı isə nə az nə çox 3 milyon 627 min manatlıq məcmu kapitaldakı fərqlə Azərbaycanda fəlaiyyətini davam etdirir.