USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu Bankın bağlanmasına sayılı rəqəmlər - QALDI

09.02.2023 Problemli Banklar
16 6
Azərbaycanda fəaliyyət göstərən 25 bankdan cəmi ikisi xalis zərərini açıqlayıb.

“Kommersant.az” xəbər verir ki, xalis zərər bankın lisenziyasını ləğv etmək üçün səbəb deyil.

Banklar haqqında qanunun 3.2 bəndinə əsasən bankın məcmu kapitalının minimum miqdarı 50 (əlli) milyon manat məbləğində olmalıdır. Amma 2022-ci ilin sonunda “Bank BTB”nin məcmu kapitalı 53 milyon 772 min manata bərabər olub. Bununla da sözügedən bankın lisenziyasının əlindən alınması üçün 3 milyon 772 min manat qalıb.

“Bank BTB”nin yığılmış zərəri isə 19 milyon 402 min manat olub. Bundan başqa bankın xalis zərəri 2022-ci ilin sonunda 4 milyon 975 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 5 milyon 521 min manat və ya 10.1 dəfə çoxdur. Nəticədə “Bank BTB”nin yığılmış zərəri 24 milyon 377 min manata yüksəlir.

Qeyd edək ki, “Bank BTB” Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Meydiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevanındır.

Azərbaycanda isə vəzifədən istefa verən məmurların sahib olduğu banklar lisenziyalarını itiriblər. Məsələn, Ziya Məmmədov nəqliyyat nazirliyindən getdikdən sonra “Bank of Azərbaycan”ın lisenziyası əlindən alındı. Xətai rayonun sabiq prokuroru Yusif İldırımzadə də vəzifədən ayrıldıqdan sonra “Amrahbank”, sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən istefa verdikdən sonra isə “Ata Bank” lisenziyasını itirib.

Buna görə də “Bank BTB”nin pisləşən vəziyyəti və Ramiz Meydiyevin vəzifədən getməsi bankın lisenziyasını birbaşa təhlükəyə atır.

  • Əvvəlki

    “Naxçıvanbank” Türkiyəyə ianə köçürmələrini komissiyasız etdi

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0