USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Kapital Bank"ın əməkdaşı ipoteka ödənişlərini mənimsəməkdə ittiham olunur

15.02.2023 Problemli Banklar
6 15
İpoteka vəsaitini mənimsəməkdə təqsirləndirilən şəxs vurduğu ziyanın 79 min manatını ödəyib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq zamanı “Kapital Bank” ASC-nin əməkdaşı Cahandar Əmrahlının vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Cahandar Əmrahlıya Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Həmçinin, istintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin ödənilməsi təmin edilib.

  • Əvvəlki

    “ExpressBank”ın aktivləri və onun faiz gəlirliyi - HESABAT

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0