“Xalq Bank”ın problemli kreditləri 2022-ci ilin sonunda 53 milyon 178 min manat olub. Bankın kredit portfeli isə 1 milyard 740 milyon 634 min manat olub.
Kommersant.az xəbər verir ki, "xalqın bankı"nın vaxtı keçmiş kreditlərinin faizsiz olan hissəsi kredit portfelinin 3%-ni təşkil edib.
Bankın faiz borcu ilə birlikdə problemli kreditlərinin həcmi 1 milyard 701 milyon 814 min manat olub. Bununla da bank ana məbləğdən əlavə 1 milyard 648 milyon 636 min manat faiz alacağı var.