“Bank BTB”nin cəmi öhdəlikləri 2022-ci ilin sonunda 17 milyon 103 min manat artaraq 324 milyon 146 min manat olub. Buna baxmayaraq, bankın depozit portfelində 1 milyon 902 min manatlıq azalma var.
Kommersant.az xəbər verir ki, “Bank BTB”nin depozit portfeli 10.2% azalaraq 16 milyon 663 min manata enib. Bu azalmada 29.9% fiziki şəxslərin, 70% isə hüquqi şəxslərin payına düşüb.
Bankda əmanəti olan fiziki şəxslərin depozitləri 1 il ərzində 569 min manat və ya 8.5% azalaraq 6 milyon 79 min manata enib. Hüquqi şəxslərin əmanətləri isə 1 milyon 333 min manat və ya 11.1% azalaraq 10 milyon 584 min manata düşüb.