“Bank Avrsaiya”nın aktivlər cəmi 2021-ci ilin son rübü ilə müqayisədə 56 milyon 824 min manat və ya 33.9% artaraq 224 milyon 268 min manata çatıb.
Kommersant.az xəbər verir ki, bu artımın 19.6%-i kredit portfelinin payına düşüb. “Bank Avrasiya”nın kredit portfeli 11 milyon 131 min manat artaraq 125 milyon 352 min manata çatıb. Bu artımda istehlak kreditləri 2022-ci ilin sonunda 8 milyon 876 min manat olub. Bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 4 milyon 955 min manat və ya 1.3 dəfə çoxdur. Bankın biznes kreditləri isə 4 milyon 554 min manat və ya 0.6% azalaraq 66 milyon 900 min manata enib.
“Bank Avrasiya”nın daşınmaz əmlaka ayırdığı kredit 49 milyon 574 min manat olub ki, bu da 2021-ci ilin sonu ilə müqayisədə 10 milyon 729 min manat və ya 27.6% çoxdur.
Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 3 milyon 368 min manat azaldaraq 15 milyon 415 min manata salıb. Bununla da bankın xalis kreditləri 14 milyon 499 min manat artaraq 109 milyon 936 min manata bərabərləşib.