Keçmişi qaranlıq olan "Bank of Baku"nun müştərilərini aldatması, qanunvericiliyi pozması və s. barədə araşdırmalar apardıq. Araşdırma nəticəsində məlum oldu ki, sözügedən bank sadalanan "qara" işlərin hamısını yerinə yetirir.
"Bank of Baku" müştərilərini belə aldadır
"Bank of Baku" "qış endirimi" adında yeni kredit kampaniyasına start verib. Bu kampaniyanı həyata keçirən bank müştərilərini aldadaraq banka dəvət edir.
Kommersant.az xəbər verir ki, bankın12.5%-lə müştərilərini banka dəvət etdikdən sonra krediti rəsmiləşdirən müştəri bankdan çıxanda süprizlə qarşılaşır. Bankın 12.5%-lə aldatdığı müştəri əslində sözügedən krediti ən az 14.92-%lə əldə etdiyinin şokunu yaşayır.
İllik faiz dərəcəsini reklam edən "Bank of Baku" həm də Azərbaycan qanunvericiliyini də heçə sayır. Belə ki, reklam haqqında qanunun 33-cü maddəsinin 4.1-ci bəndi bankın illik faizlərini reklamına qadağa qoyur. Sözügedən qanunda qeyd edilir ki, kreditin ümumi xərcinə daxil olan istənilən xərclər, o cümlədən illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsinin hesablanmasına qanunvericiliyə müvafiq qaydada daxil olan digər xərclər barədə istehlakçılar məlumatlandırılmalıdır. Bank isə "qış endirimi" adı altında yalan danışmaqda davam edir.
Bundan başqa bankın tətbiq etdiyi faiz və reklam vasitəsi ilə banka çağırılan müştəri ən az 20 AZN olmaqla banka komissiya haqqı ödəyir. Komissiya faizi kreditin məbləği və müddətinə görə dəyişir ki, bu da ən az 1%-dən başlayır. Yəni, 12.5% dən başqa müştəriyə əlavə faizlər də tətbiq olunur.
Reklam haqqında qanunun 33-cü maddəsinin 4.4 bəndində bildirilir ki, kredit müqaviləsinin bağlanması üçün əlavə xidmət müqavilələrinin bağlanması məcburi olduqda və həmin xidmətin qiyməti əvvəlcədən müəyyən edilmədikdə, həmin müqaviləni bağlamaq öhdəliyi barədə istehlakçı əvvəlcədən məlumatlandırılmalıdır. Bankın rəsmi internet saytında yayınlanan reklama görə isə reklam haqqında qanunun 3-cü şərti də heçə sayılır. Belə ki, bank rəsmi internet saytında özünə sərf edən məlumatları və ya müştərilərini aldatmaq üçün istifadə etdiyi reklam yazılarını böyük və qalın hərflərlə, digər, ya da başqa sözlə əsas məlumatları isə kiçik və nazik hərflərlə aşağıda qeyd edib. Təbii ki, bu da Azərbaycan qanunvericiliyinə ziddir. Qanunda nəzərdə tutulub ki, nəzərdə tutulan məlumatlar digər məlumatlardan kiçik olmayan və aydın şəkildə oxuna bilən ölçülərdə yayımlanmalıdır. Yəni, illik faiz dərəcəsi, faktiki illik faiz dərəcəsi və komissiya xərcləri daxil bütün yazılar eyni ölçüdə yazılmalıdır. Amma "Bank of Baku" bütün bu sadalanan qanunları heçə saya bilir.
Bank kimə məxsusdur?
"Bank of Baku"nun səhmdarları "NAB Holding" (35%), Hikmət İsmayılov (31.11%), "Azpetrol Neft Şirkəti" MMC (28.89%) və Elçin İsayevdir (5%).
"NAB holding haqqında daha sonra məlumat verəcəyik. Hazırda mövzumuz Hikmət İsmayılovdur. O, Fövqaladə Hallar naziri Kəmallədin Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. Onda belə çıxır ki, "Bank of Baku" Kəmaləddin Heydərovun nəzarətindədir.
2008-ci ilin yanvarından 2012-ci ilin iyununa kimi kommersiya şəxslərin dövlət reyestri yalnız istifadəçilərə açıq idi. Bu dövrdə Hikmət İsmayılov "Azdəmir ltd" MMC-nin təsisçilərindən biri idi.
Maraqlıdır ki, bu şirkətə iranlı iş adamı Xangah Əli oğlu Əhədpur direktor təyin edilmişdi. O, Heydərovların biznes şəriki idi.
Hikmət İsmayılov bank-maliyyə sektorunda bir sıra iri şirkətlərin səhmlərinə sahibdir. Bu şirkətlərin çoxu ya "Gilan Holding"in törəmə şirkətləridir, ya da təsir dairəsindədir. Məsələn, Hikmət İsmayılov "AzSigorta" ASC-nin 100%-lik təsisçisi və sahibidir. Bu şirkət "Gilan Holding" qrupunun strukturu hesab edilir.
Hikmət İsmayılov həmçinin ölkənin ən iri banklarından olan "AFB Bank"ın da səhmlərinin 99.64 faizinə sahibdir. Bankın digər səhmdarları isə Cəmil Muradov (0.18 faiz), Əkbər Abdullayevdir (0.18 faiz).
Bankın qaranlıq keçmişi
"Bank of Baku"nun əsas səhmdarı olan "Nab Holding" Amerikada həbsdə olan iranlı iş adamının şirkətidir. Şirkətin rəhbəri Bəhram Oromi ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunan iş adamı Rza Zərrabın bacısının əridir.
Rza Zərrabın məhkəmə qarşısına çıxarıldığı vaxt isə ona dörd əsas ittihamlardan biri isə bank sisteminə qarşı fırıldaqçılıq idi. Bu şəxsin isə Azərbaycanda "Bank of Baku" kimi bankı var idi.
Qeyd edək ki, Rza Zarrab Türkiyə və İran vətəndaşıdır.
"Bank of Baku"nun idarə heyətinin sədri Yunus Emre Filiz və "NAB Holding" bağlantıları barədə həftə içində...