Azərbaycanda fəaliyyət göstərən banklardan birinin kredit verilməsinə qadağa qoyulub.
Kommersant.az xəbər verir ki, Prezident Adminstrasiyasının sabiq sədri Ramiz Mehdiyevin gəlininə məxsus “Bank BTB” kredit verilməsini dayandırıb. Bankdan verilən məlumata əsasən kredit verilməsinin nə vaxt bərpa olunacağı ilə bağlı heç bir məlumat yoxdur.
Qeyd edək ki, sözügedən bank "arxasındakı" məmuru itirdikdən sonra xeyli zəifləyib.