Azərbaycansayağı mətbuat katiblərinin əsas məqsədi və iş prinsipi mətbuat və qurum arasında qalxan rolunu oynamaq, lazım gələrsə sinəsini qabağa verib bəzi məsələlərdə özünü qurban verməlidir. "RabitəBank"ın mətbuat katibi isə bu sadalananları belə etmir. "Danışmaq gümüşdürsə, susmaq qızıldır" atalar sözünü özünə rəhbər tutan Aydın Hüseynov artıq neçənci sorğumuzdur ki cavabsız qoyub.
Kommersant.az xəbər verir ki, "RabitəBank"ın İdarə Heyətinin sədri və eyni zamanda bankın mətbuat katibi vəzifəsini icra edən Aydın Hüseynov mətbuatın göndərmiş olduğu sorğulara cavab vermir.
Sorğuya görə, bankın hesabatlılığı və buna uyğun aparılan işlərlə bağlı müsahibə istəyimiz mətbuat katibinin qapısından keçib aidiyyatı şöbələrə çatdırılmır.
Qeyd edək ki, 06.03.2023 tarixində bankın sədri Aydın Hüseynov marketinq departamentinin əməkdaşı Aygün Məmmədli tərəfindən mətbuat katibi təyin edilib.