USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Sənaye Bankı” 2023-cü ilə mənfilərlə start verib - HESABAT

25.04.2023 Problemli Banklar
18 0
“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın əksər göstəricilərində azalma müşahidə olunub. ASB-nin kredit portfelinin azalması bankın aktivlərinə də təsir göstərib. Belə ki, bankın kredit portfeli 2022-ci ilin ilk rübü ilə müqayisədə 15 milyon 123 min manat və ya 6 faiz azalaraq 238 milyon 109 min manata enib. Bundan başqa bankın nastro hesabları (başqa banklardakı muxbir hesabları) 36 milyon 295 min manat və ya 63 faiz azalaraq 2023-cü ilin ilk rübünə 21 milyon 375 min manat olub.

“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın əksər göstəricilərində azalma müşahidə olunub. ASB-nin kredit portfelinin azalması bankın aktivlərinə də təsir göstərib. Belə ki, bankın kredit portfeli 2022-ci ilin ilk rübü ilə müqayisədə 15 milyon 123 min manat və ya 6 faiz azalaraq 238 milyon 109 min manata enib. Bundan başqa bankın nastro hesabları (başqa banklardakı muxbir hesabları) 36 milyon 295 min manat və ya 63 faiz azalaraq 2023-cü ilin ilk rübünə 21 milyon 375 min manat olub.

ASB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 9 min manat azaldaraq 5 milyon 509 min manata salıb. Buna görə də bankın xalis kreditləri 15 232 milyon 599 min manat olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 15 milyon 123 min manat və ya 6 faiz azdır.

MÜŞTƏRİLƏRİNİ İTİRƏN ASB-NİN ÖHDƏLİKLƏRİ AZALIB

Müştərilər bankdan pullarını geri çəkdikləri üçün ASB-nin cəmi öhdəlikləri 2022-ci ilin eyni rübü ilə müqayisədə cari ilin 1-ci rübünə 95 milyon 754 min manat və ya 13,6 faiz azalaraq 608 milyon manata düşüb. Bu azalmada depozit portfelinin payı 94,21 faiz olub. Belə ki, ASB-nin depozit portfeli 90 milyon 211 min manat və ya 17,76 faiz azalaraq 417 milyon 721 min manatadək kiçilib.

Ümumi ehtiyatlarını 808 min manat azaldaraq 5 milyon 9 min manata endirən ASB-nin bölüşdürülməmiş mənfəəti 4 milyon 780 min manat və ya 11,65 faiz artaraq 45 milyon 776 min manata çatıb. Nəticədə bankın cəmi kapitalı 110 milyon 786 min manat olub ki, bu da 2022-ci ilin müvafiq rübü ilə müqayisədə 3 milyon 973 min manat çoxdur.

FAİZ GƏLİRLƏRİ MƏNFƏƏTLƏRİNİ KİÇİLDİB

ASB-nin faiz gəliri 1 milyon 545 min manat artaraq 7 milyon 641 min manata yüksəlib. Faiz xərcləri isə 1 milyon 22 min manat artaraq 3 milyon 731 min manat olub. Bunda görə də bank 3 milyon 909 min manat xalis faiz gəliri əldə edib. Bu isə 2022-ci ilin eyni rübü ilə müqayisədə 548 min manat və ya 16,30 faiz çoxdur.

Bankın qeyri-faiz gəliri 640 min manat artaraq 2 milyon 235 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 470 min manat artaraq 5 milyon 129 min manata çatıb. Nəticədə bankın əməliyyat mənfəəti 1 milyon 15 min manat olub, amma bu rəqəm 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 282 min manat və ya 21,74 faiz çoxdur.

ASB-nin xalis mənfəəti isə 506 min manat və ya 32,24 faiz azalaraq 1 milyon 63 min manata düşüb.

Qeyd edək ki, ASB-nin məcmu kapitalı 3 milyon 439 min manat artaraq 105 milyon 457 min manata yüksəlib.

ASB

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Cəmi Aktivlər

718,786

810,568

-91,782

“Nastro” hesablar

21,375

57,670

-36,295

Kredit

238,109

253,232

-15,123

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

5,509

5,518

-9

Xalis Kreditlər

232,599

247,713

-15,114

Cəmi Öhdəliklər

608,000

703,754

-95,754

Depozit

417,721

507,932

-90,211

Fiziki şəxslərin əmanətləri

317,390

x

x

Hüquqi şəxslərin əmanətləri

100,329

x

x

Cəmi Kapital

110,786

106,813

3,973

Bölüşdürülməmiş mənfəət

45,776

40,996

4,780

Ümumi ehtiyatlar

5,009

5,817

-808

Faiz Gəliri

7,641

6,096

1,545

Faiz Xərci

3,731

2,709

1,022

Xalis Faiz Gəliri/Zərəri

3,909

3,361

548

Qeyri-Faiz Gəliri

2,235

1,595

640

Qeyri-Faiz Xərci

5,129

3,659

1,470

Əməliyyat Mənfəəti (Zərəri)

1,015

1,297

-282

Xalis Mənfəət (Zərər)

1,063

1,569

-506

Məcmu Kapital

105,457

102,018

3,439

ROA

0,14%

0,19%

-0,05%

ROE

0,96%

1,46%

-0,5%

  • Əvvəlki

    Azad olunmuş ərazilərə investisiya qoyun! - Nazirdən çağırış

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0