USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Sənaye Bankı” əmanətçilərini itirib

25.04.2023 Problemli Banklar
6 29
“Azərbaycan Sənaye Bankı” (qısaca - ASB) banka əmanət yerləşdirən müştərilərini itirib.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, müştərilər bankdan pullarını geri çəkdikləri üçün ASB-nin cəmi öhdəlikləri 2022-ci ilin eyni rübü ilə müqayisədə cari ilin 1-ci rübünə 95 milyon 754 min manat və ya 13,6 faiz azalaraq 608 milyon manata düşüb. Bu azalmada depozit portfelinin payı 94,21 faiz olub. Belə ki, ASB-nin depozit portfeli 90 milyon 211 min manat və ya 17,76 faiz azalaraq 417 milyon 721 min manatadək kiçilib.

Ümumi ehtiyatlarını 808 min manat azaldaraq 5 milyon 9 min manata endirən ASB-nin bölüşdürülməmiş mənfəəti 4 milyon 780 min manat və ya 11,65 faiz artaraq 45 milyon 776 min manata çatıb. Nəticədə bankın cəmi kapitalı 110 milyon 786 min manat olub ki, bu da 2022-ci ilin müvafiq rübü ilə müqayisədə 3 milyon 973 min manat çoxdur.

  • Əvvəlki

    “Azər Türk Bank”ın xalis mənfəəti 12 dəfədən çox artıb - HESABAT

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0