“Yapı Kredi Bank (Azərbaycan)” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın məcmu kapitalı 513 min manat və ya 0.7 faiz artaraq 72 milyon 615 min manata bərabər olub.
Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Qoç Bankın” cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 90 milyon 699 min manat və ya 22.97 faiz artaraq 485 milyon 506 min manata çatıb. Bu artımda kredit portfelinin payı 66.51 faiz olub. “Qoç Bankın” kredit portfeli 60 milyon 328 min manat və ya 34.5 faiz artaraq 235 milyon 241 min manat olub.
İstehlak kreditləri 2 milyon 340 min manat artaraq 47 milyon 647 min manata yüksəlib. Biznes kreditləri isə 7 milyon 167 min manat azalaraq 161 milyon 998 min manata düşüb. İpoteka kreditləri isə 3 milyon 124 min manat artaraq 25 milyon 595 min manata yüksəlib.
“Qoç Bankın” mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 677 min manat azaltdığı üçün xalis kreditləri 198 milyon 702 min manata bərabərləşib. Bu da 2022-ci ilin son rübü ilə müqayisədə 62 milyon 687 min manat çoxdur.
DEPOZİTLƏRİ ÖHDƏLİKLƏRİNİ ARTIRIB
“Yapı Kredi Bank”ın öhdəliklər cəmi 86 milyon 397 min manat və ya 27.62 faiz artaraq 399 milyon 142 min manat olub. Bu artımda depozitlər portfelinin payı 93.26 faiz olub. Bankın fiziki şəxslərdən topladığı əmanətlər 5 milyon 65 min manat artaraq 85 milyon 816 min manata yüksəlib. Fiziki şəxslərin əmanətləri isə 2022-ci ilin son rübü ilə müqayisədə 3 milyon 194 min manat azalaraq 279 milyon 912 min manata enib. Nəticədə bankın depozit portfeli 80 milyon 580 min manat və ya 28.25 faiz artaraq 365 milyon 728 min manata yüksəlib.
CƏMİ KAPİTALI ARTIB
Səhmdar kapitalında dəyişiklik etməyən “Yapı Kredi Bank”ın bölüşdürülməmiş mənfəəti 2 milyon 162 min manat artaraq 27 milyon 526 min manata çatıb. “Qoç Bankın” ümumi ehtiyatları isə 128 min manat artaraq 3 milyon 457 min manata yüksəlib. Buna görə də bankın cəmi kapitalı 4 milyon 302 min manat artaraq 86 milyon 363 min manata bərabərləşib.