USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“UniBank”ın digər öhdəlik və aktivləri ciddi azalıb - HESABAT

26.04.2023 Problemli Banklar
11 0
“UniBank” 2023-cü ilin ilk rübünə olan hesbatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti ötən ilin sonu ilə müqayisədə 147 min manat artaraq 4 milyon 290 min manat olub.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “UniBank”ın istehlak kreditləri 31 milyon 667 min manat artaraq 578 milyon 873 min manata çatıb. Bankın biznes kreditləri isə 15 milyon 472 min manat artaraq 289 milyon 797 min manata yüksəlib. Həmçinin ipoteka kreditləri də 3 milyon 840 min manat artaraq 71 milyon 902 min manata bərabər olub. Nəticədə bankın kredit portfeli 2022-ci ilin sonu ilə müqayisədə 50 milyon 978 min manat artaraq 940 milyon manata çatıb. Amma bu artımlar bankın cəmi aktivlərinə ciddi təsir göstərə bilməyib. Çünki “UniBank”ın banklar və digər maliyyə institutlarındakı depozitləri 11 milyon 291 min manat və ya 17.8 faiz azalaraq 51 milyon 994 min manata enib. Ən yüksək azalma isə digər aktivlərin payına düşüb. Belə ki, “UniBank”ın digər aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 56 milyon 524 min manat və ya 46.86 faiz azalaraq 64 milyon 78 min manata düşüb.

Nəticədə bankın cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 5 milyon 524 min manat artaraq 1 milyard 446 milyon 168 min manata yüksəlib.

DEPOZİT PORTFELİ ÖHDƏLİKLƏR CƏMİNİ ARTIRA BİLMƏYİB

Bankın müştərilərindən topladığı depozitlərin həcmi ötən ilin sonu ilə müqayisədə 11 milyon 514 min manat artaraq 1 milyard 1 milyon 258 min manata çatıb. Bu cüzi artımda fiziki şəxslərin depozitləri 4 milyon 681 min manat artaraq 776 milyon 38 min manata, hüquqi şəxslərin depozitləri isə 6 milyon 832 min manat artaraq 225 milyon 220 min manata çatıb. Amma bankın cəmi öhdəlikləri cəmi 1 milyon 59 min manat və ya 0.08 faiz artıb. Çünki digər öhdəliklərin həcmi 30 milyon 752 min manat və ya 46.53 faiz azalaraq 35 milyon 329 min manata enib.

YIĞILMIŞ ZƏRƏRİ AZALIB

Səhmdar kapitalında dəyişiklik etməyən “UniBank”ın yığılmış zərəri 4 milyon 295 min manat və ya 12.25 faiz azalaraq 30 milyon 744 min manata düşüb. Ümumi ehtiyatlarını işi 171min manat artıraraq 9 milyon 921 min manata çatdırıb. Nəticədə bankın cəmi kapitalı ötən ilin sonu ilə müqayisədə 4 milyon 466 min manata artaraq 117 milyon 861 min manata bərabər olub.

FAİZ GƏLİRLƏRİ ƏMƏLİYYAT MƏNFƏƏTİNİ ARTIRIB

Bankın faiz gəlirləri 11 milyon 315 min manat artaraq 48 milyon 622 min manata, faiz xərcləri isə 2 milyon 951 min manat artaraq 16 milyon 331 min manat olub. Buna görə də bank 30 milyon 807 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 9 milyon 117 min manat çoxdur.

Qeyri-faiz gəliri 15 milyon 545 min manat aratarq 26 milyon 167 min manata, qeyri-faiz xərcləri isə 12 milyon 331 min manat artaraq 42 milyon 757 min manata bərabərləşib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 12 milyon 330 min manat arataraq 14 milyon 216 min manata yüksəlib.

Məcmu kapitalı isə 5 milyon 892 min manat və ya 4.6 faiz artaraq 133 milyon 501 min manatda qərarlaşıb.

Qeyd edək ki, bank əldə etdiyi aktivlərinin gəlirliyini (ROA) 0.91 faiz artıraraq 29.66 faizə bərabər etsə də, kapitalının gəlirliyini (ROE) 0.01 faiz azaldaraq 3.64 faizə endirib.

UniBank

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

1.446.168

1.440.644

5.524

Kredit

940.572

889.594

50.978

İstehlak kreditləri

578.873

547.206

31.667

Biznes kreditləri

289.797

274.325

15.472

Daşınmaz əmlak kreditləri

71.902

68.062

3.840

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

60.768

54.516

6.252

Xalis Kreditlər

879.805

835.077

44.728

Cəmi Öhdəliklər

1.328.307

1.327.248

1.059

Depozit

1.001.258

989.744

11.514

Fiziki şəxslərin depozitləri

776.038

771.357

4.681

Hüquqi şəxslərin depozitləri

225.220

218.388

6.832

Cəmi Kapital

117.861

113.395

4.466

Səhmdar kapitalı

138.200

138.200

0

Yığılmış zərəri

30.744

35.039

-4.295

Ümumi ehtiyatlar

9.921

9.750

171

Faiz Gəliri

48.622

37.307

11.315

Faiz Xərci

16.331

13.380

2.951

Xalis Faiz Gəliri/Zərəri

30.807

21.690

9.117

Qeyri-Faiz Gəliri

26.167

10.622

15.545

Qeyri-Faiz Xərci

42.757

30.426

12.331

Əməliyyat Mənfəəti (Zərəri)

14.216

1.886

12.330

Xalis Mənfəət (Zərər)

4.290

4.143

147

Məcmu Kapital

133.501

127.609

5.892

ROA

29.66%

28.75%

0.91%

ROE

3.64%

3.65%

-0.01%

  • Əvvəlki

    “UniBank” yığılmış zərərindən qurtula bilməyib

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0