“UniBank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, ötən ilin sonu ilə müqayisədə bank yığılmış zərərindən qurtula bilməyib.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, səhmdar kapitalında dəyişiklik etməyən “UniBank”ın yığılmış zərəri 4 milyon 295 min manat və ya 12.25 faiz azalaraq 30 milyon 744 min manata düşüb. Ümumi ehtiyatlarını isı 171 min manat artıraraq 9 milyon 921 min manata çatdırıb. Nəticədə bankın cəmi kapitalı ötən ilin sonu ilə müqayisədə 4 milyon 466 min manata artaraq 117 milyon 861 min manata bərabər olub.