“Bank VTB” (Azərbaycan Filialı) 2023-cü ilin ilk rübünə olan hesabatına görə, bankın aktivlərinin və kapitalının gəlirliyində ciddi azalmalar olub.
Kommersant.az xəbər verir ki, bankın aktivlərinin gəlirliyi (ROA) ötən ilin sonu ilə müqayisədə cari ilin ilk rübünə 1.13 faiz azalaraq 1.17 faizə düşüb. Kapitalın gəlirliyi (ROE) isə 3.35 faiz kiçilərək 3.5 faizə enib.
Qeyd edək ki, bankın xalis mənfəəti 2 milyon 583 min manat azalaraq 2 milyon 914 min manatadək azalıb.