“Bank VTB” (Azərbaycan Filialı) 2023-cü ilin ilk rübünə zərərlə start verib.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “Bank VTB” cari ilin ilk rübündə əməliyyat zərəri açıqlayıb. Bu zərərin əsas səbəbi bankın qeyri-faiz gəlirini ciddi şəkildə azaltmasıdır.
“Bank VTB”nin faiz gəlirləri onun yekunda əməliyyat zərəri əldə etməsinə səbəb olub. Belə ki, bankın faiz gəlirləri 566 min manat artaraq 6 milyon 798 min manata, faiz xərcləri isə 33min manat azalaraq 1 milyon 733 min manata bərabər olub. Buna görə də bank 4 milyon 721 min manat xalis faiz gəliri əldə edib. Bu isə ötən ilin sonu ilə müqayisədə 389 min manat çoxdur.
Bankın qeyri-faiz gəliri 4 milyon 244 min manat azalaraq 1 milyon 147 min manata, qeyri-faiz xərcləri isə 202 min manat azalaraq 6 milyon 82 min manata düşüb. Nəticədə bankın əməliyyat zərəri 214 min manat təşkil edib. Bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 3 milyon 632 min manat çoxdur.