USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank” biznesmen müştərilərini itirib

05.05.2023 Problemli Banklar
9 21
“ExpressBank”ın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 6 milyon 626 min manat və ya 3.43 faiz azalaraq 186 milyon 481 min manata enib.

Kommersant.az xəbər verir ki, bu azalmanın əsas səbəbi hüquqi şəxslərin bankdakı əmanətlərini geri çəkməsidir. Belə ki, biznesmenlərin bankdakı əmanətləri ötən ilin son rübü ilə müqayisədə 6 milyon 662 min manat və ya 15.91 faiz azalaraq 35 milyon 208 min manata düşüb. Fiziki şəxslərin əmanətlərində isə 35 min manatlıq cüzi artım müşahidə olunub.

Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 25 milyon 532 min manat artıraraq 93 milyon 5 min manata bərabər etdiyi üçün “ExpressBank”ın öhdəliklər cəmində artım olub. Belə ki, bankın öhdəliklər cəmi 320 milyon 506 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 12 milyon 685 min manat çoxdur.

  • Əvvəlki

    Azərbaycan və Ermənistan sülh sazişinin bəzi maddələri üzrə razılığa gəliblər

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0