“ExpressBank” 2023-cü ilin ilk yarısına olan hesabatını açıqlayıb. Hesabata görə, bankın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 708 min manat və ya 21.3 faiz azalaraq 6 milyon 32 min manata enib.
Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “ExpressBank”ın cəmi aktivləri ötən ilin son rübü ilə müqayisədə 52 milyon 502 min manat və ya 12 faiz artaraq 489 milyon 458 min manaata yüksəlib. Bu artımda əsas pay kredit portfelinin üstünə düşüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 53 milyon 461 min manat və ya 18 faiz artaraq 350 milyon 545 min manata yüksəlib. Bu artımdan əvvəl isə “ExpressBank” banklar və digər maliyyə institutlarındakı depozitlərini 22 milyon 325 min manat və ya 83.2 faiz azaldıb.
Bank istehlak kreditlərini 15 milyon 968 min manat artıraraq 175 milyon 337 min manata, biznes kreditlərini isə 9 milyon 345 min manat artıraraq 105 milyon 190 min manata yüksəldib. “ExpressBank” daşınmaz əmlaka verdiyi kreditləri ötən ilin son rübü ilə müqayisədə 28 milyon 147 min manat artıraraq 70 milyon 17 min manata çatdırıb. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 564 min manat azaldaraq 4 milyon 892 min manata endirib. Nəticədə bankın xalis kreditləri 345 milyon 653 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 54 milyon 25 min manat çoxdur. Xalis kreditlər cəmi aktivlərin 11 faizini təşkil edib.
“ExpressBank”ın cəmi öhdəlikləri 57 milyon 968 min manat artaraq 365 milyon 789 min manaat yüksəlib. Bu artımın əsas payı bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin 30 milyon 132 min manat artaraq 97 milyon 605 min manata, borc qiymətli kağızların həcmi 24 milyon 290 min manat artaraq 43 milyon 810 min manata yüksəlməsidir.
Bankın depozit portfeli isə 3 milyon 21 min manat artaraq 196 milyon 38 min manata çatıb. Fiziki şəxslərin əmanətləri 4 milyon 212 min manat artaraq 155 milyon 450 min manata yüksəlsə də fiziki şəxslər bankdakı əmanətlərini geri çəkiblər. Belə ki, onların bankdakı əmanətləri ötən ilin sonu ilə müqayisədə 1 milyon 283 min manat azalaraq 40 milyon 587 min manata enib.
Səhmdar kapitalında dəyişiklik etməyən “ExpressBank”ın cəmi kapitalı 5 milyon 466 min manat və ya 4.2 faiz azalaraq 123 milyon 669 min manata enib. Bu azalmanın əsas səbəbi isə bankın bölüşdürülməmiş mənfəətinin ötən ilin sonu ilə müqayisədə 6 milyon 89 min manat azlaraq 6 milyon 320 min manata düşməsidir. Ümumi ehtiyatlarını 623 min manat artıraraq 4 milyon 804 min manata yüksəltdiyi üçün bankın cəmi kapitalının daha da kiçilməsi azalıb.
ExpressBank
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
489,458
436,956
52,502
Kredit
350,545
297,084
53,461
İstehlak kreditləri
175,337
159,369
15,968
Biznes kreditləri
105,190
95,845
9,345
Daşınmaz əmlak kreditləri
70,017
41,870
28,147
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
4,892
5,456
-564
Xalis Kreditlər
345,653
291,628
54,025
Cəmi Öhdəliklər
365,789
307,821
57,968
Depozit
196,038
193,017
3,021
Fiziki şəxslərin depozitləri
155,450
151,238
4,212
Hüquqi şəxslərin depozitləri
40,587
41,870
-1,283
Cəmi Kapital
123,669
129,135
-5,466
Səhmdar kapitalı
112,545
112,545
0
Bölüşdürülməmiş mənfəət
6,320
12,409
-6,089
Ümumi ehtiyatlar
4,804
4,181
623
“ExpressBank”ın faiz gəliri 3 milyon 387 min manat artaraq 26 milyon 952 min manata, faiz xərcləri isə 2 milyon 485 min manat artaraq 7 milyon 144 min manata yüksəlib. Buna görə də bank 19 milyon 808 min manat xalis faiz gəliri əldə edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 902 min manat və ya 4.77 faiz çoxdur.
Bankın qeyri-faiz gəliri 375 min manat artaraq 9 milyon 196 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 785 min manat artaraq 20 milyon 618 min manata yüksəlib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 6 milyon 320 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 508 min manat və ya 5.71 faiz azdır.
Bankın məcmu kapitalı 1 il ərzində 7 milyon 975 min manat və ya 6.16 faiz azalaraq 121 milyon 374 min manata enib.
Qeyd edək ki, bankın aktivlərinin gəlirliyi1 il ərzində 4.57 faiz azalaraq 1.29 faizə enib. Bundan başqa bankın kapitalının gəlirliyi də 1.1 faiz azalaraq 5.11 faizə düşüb.