“ExpressBank”ın cəmi öhdəlikləri 57 milyon 968 min manat artaraq 365 milyon 789 min manat yüksəlib.
Kommersant.az xəbər verir ki, bu artımın əsas payı bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərinin 30 milyon 132 min manat artaraq 97 milyon 605 min manata, borc qiymətli kağızların həcmi 24 milyon 290 min manat artaraq 43 milyon 810 min manata yüksəlməsidir.
Bankın depozit portfeli isə 3 milyon 21 min manat artaraq 196 milyon 38 min manata çatıb. Fiziki şəxslərin əmanətləri 4 milyon 212 min manat artaraq 155 milyon 450 min manata yüksəlsə də, fiziki şəxslər bankdakı əmanətlərini geri çəkib. Belə ki, onların bankdakı əmanətləri ötən ilin sonu ilə müqayisədə 1 milyon 283 min manat azalaraq 40 milyon 587 min manata enib.