Səhmdar kapitalında dəyişiklik etməyən “ExpressBank”ın cəmi kapitalı 5 milyon 466 min manat və ya 4.2 faiz azalaraq 123 milyon 669 min manata enib.
Kommersant.az xəbər verir ki, bu azalmanın əsas səbəbi isə bankın bölüşdürülməmiş mənfəətinin ötən ilin sonu ilə müqayisədə 6 milyon 89 min manat azalaraq 6 milyon 320 min manata düşməsidir. Ümumi ehtiyatlarını 623 min manat artıraraq 4 milyon 804 min manata yüksəltdiyi üçün bankın cəmi kapitalının daha da kiçilməsi azalıb.