“ExpressBank”ın faiz gəliri 3 milyon 387 min manat artaraq 26 milyon 952 min manata, faiz xərcləri isə 2 milyon 485 min manat artaraq 7 milyon 144 min manata yüksəlib. Buna görə də bank 19 milyon 808 min manat xalis faiz gəliri əldə edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 902 min manat və ya 4.77 faiz çoxdur.
Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, “ExpressBank”ın qeyri-faiz gəliri 375 min manat artaraq 9 milyon 196 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 785 min manat artaraq 20 milyon 618 min manata yüksəlib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 6 milyon 320 min manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 508 min manat və ya 5.71 faiz azdır.