“ExpressBank”ın xalis mənfəəti ötən ilin ilk rübü ilə müqayisədə 1 milyon 708 min manat və ya 21.27 faiz azalaraq 6 milyon 320 min manata düşüb. Buna görə də bankın aktiv və kapitalının gəlirliyi azalıb.
Kommersant.az xəbər verir ki, bankın əldə cəmi aktivləri 489 milyon 458 min manat olduğuna görə “ExpressBank”ın aktivlərinin gəlirliyi (ROA) 1.29 faiz olub. Bu da ötən ilin ilk yarısı ilə müqayisədə 4.57 faiz azdır.
Bankın sahib olduğu cəmi kapital isə 123 milyon 669 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 5 milyon 466 min manat və ya 4.23 faiz azdır. Nəticədə “ExpressBank”ın kapitalının gəlirliyi (ROE) ötən ilin ikinci rübü ilə müqayisədə 1.1 faiz azalaraq 5.11 faizə düşüb.