Səhmdar kapitalını dəyişdirməyən “Rabitəbank” bu ilin ikinci yarısında yığılmış zərərdən canını qurtara bilib. Belə ki, bankın əldə etdiyi bölüşdürülməmiş mənfəəti 382 min manat artaraq 1 milyon 241 min manata yüksəlib.
Kommersant.az xəbər verir ki, “Rabitəbank”ın ümumi ehtiyyatları isə 957 min manat artaraq 10 milyon 394 min manat olub. Yekunda bankın cəmi kapitalı cəmi 1 milyon 339 min manat artaraq və ya 1.2 faiz artaraq 112 milyon 935 min manata bərabərləşib.