USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB”nin aktivlər cəmi 1.7 faizdən çox azalıb

01.08.2023 Problemli Banklar
7 10
“Bank VTB”nin kredit portfelinin artması bankın cəmi aktivərinin artmasına kömək edə bilməyib. Belə ki, bankın kredit portfeli 15 milyon 436 min manat artaraq 175 milyon 211 min manat yüksəlib.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank VTB”nin istehlak kreditləri 2 milyon 628 min manat artaraq 73 milyon 61 min manata, biznes kreditləri 7 milyon 881 min manat artaraq 58 milyon 67 min manata, daşınmaz əmlak kreditləri isə 4 milyon 928 min manat artaraq 44 milyon 84 min manata yüksəlib. Amma “Bank VTB”nin nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 16 milyon 561 min manat və ya 42.2 faiz azalaraq 22 milyon670 min manaat düşüb. Bundan başqa bankın ticarət və investisiya qiymətli kağızları 7 milyon 346 min manat və ya 30 faiz azalaraq 17 milyon 129 min manata enib. Nəticədə bankın aktivlər cəmi 4 milyon 153 min manat azalaraq 234 milyon 340 min manatadək azalıb.

Mümkün zərələr üçün yaradılan məqsədli ehtiyatını 497 min manat artıraraq 22 milyon 558 min manata yüksəltdiyi üçün “Bank VTB”nin xalis kreditləri 152 milyon 653 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 14 milyon 940 min manat çoxdur.

  • Əvvəlki

    İcra başçısının birinci müavini saxlanıldı

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0