Kommersant.az xəbər verir ki, bankın yığılmış zərəri cəmi 2.42 faiz və ya 5 milyon 747 min manat azalaraq sözügedən zərərini 231 milyon 86 min manata salıb. Ümumi ehtiyatlatını isə 241 min manat artıraraq 1 milyon 478 min manata yüksəldən “Bank VTB”nin cəmi kapitalı 86 milyon 208 min manat olub. Bu da ötən ilin sonu ilə müqayisədə 5 milyon 989 min manat çoxdur. Yəni, bank zərərini azaltdığı üçün kapitalını artıra bilib.