“Bank VTB”nin faiz gəliri 1 milyon 1 min manat artaraq 13 milyon 462 min manata yüksəlsə də, bankın faiz xərcləri 272 min manat azalaraq 3 milyon 503 min manata enib. Buna görə də bank 9 milyon 462 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin ilk yarım ili ilə müqayisədə 1 milyon 73 min manat çoxdur.
Kommersant.az xəbər verir ki, bankın qeyri-faiz gəliri 4 milyon 866 min manat azalaraq 3 milyon 162 min manata, qeyri-faiz xərcləri isə 3 milyon 228 min manat azalaraq 12 milyon 145 min manata enib. Nəticədə bank 479 min manat əməliyat mənfəəti əldə edib ki, bu da keçən ilin 2-ci rübü ilə müqayisədə 565 min manat və ya 54.12 faiz azdır.