Kommersant.az xəbər verir ki, BOB-un faiz gəliri 16 milyon 138 min manat artaraq 61 milyon 170 min manata, faiz xərcləri isə 9 milyon 361 min manat artaraq 18 milyon 576 min manata yüksəlib. Nəticədə xalis faiz gəliri 6 milyon 778 min manat artaraq 42 milyon 594 min manata bərabərləşib.
Bankın qeyri-faiz gəliri 891 min manat azalaraq 5 milyon 186 min manata düşüb. Qeyri-faiz xərcləri isə 6 milyon 384 min manat artaraq 31 milyon 546 min manata yüksəlib. Buna görə də BOB-un əməliyyat mənfəəti 16 milyon 234 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 497 min manat azdır.