“Bank of Baku” (qısaca - BOB) əldə etdiyi gəlirliyini itirməkdə davam edir.
Kommersant.az xəbər verir ki, bankın əldə etdiyi 764 milyon 410 min manatlıq cəmi aktivinin gəlirliyi 0.41 faiz azalaraq 2.23 faizə düşüb. Bundan başqa bankın kapitalının gəlirliyi də azalıb. Belə ki, BOB-un 130 milyon 378 min manatlıq cəmi kapitalının gəlirliyi 2 faiz azalaraq 13 faizə düşüb.