“AFB Bank”ın faiz gəliri 617 min manat artaraq 9 milyon 59 min manata, faiz xərcləri isə 980 min manat artaraq 2 milyon 230 min manata yüksəlib. Bununla da “AFB Bank”ın xalis faiz gəliri 6 milyon 829 min manat olub. Bu da keçən ilin eyni rübü ilə müqayisədə 362 min manat azdır.
Kommersant.az xəbər verir ki, “AFB Bank”nin qeyri-faiz gəliri 252 min manat artaraq 5 milyon 129 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 387 min manat artaraq 8 milyon 704 min manata çatıb. Nəticədə bankın əməliyyat mənfəəti 3 milyon 254 min manat olub ki, bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 1 milyon 497 min manat və ya 31.5 faiz azdır.