2023-cü ilin ilk yarısında əldə etdiyi mənfəətdən vergisini ödəməyən “AFB Bank”ın (qısaca - AFB) sözügedən mənfəəti 3 milyon 179 min manat və ya 36.6 faiz azalaraq 5 milyon 494 min manata enib.
Kommersant.az AFB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 12 milyon 482 min manat artaraq 294 milyon 863 min manata yüksəlib. Aktivlər cəminin artmasına səbə bankın ticarət və investisiya qiymətli kağızlarının həcminin 37 milyon 382 min manat artmasıdır.
AFB-nin kredit portfeli isə 87 min manat kiçilərək 170 milyon 767 min manata enib. Bu azalmanın əsas səbəbi bankın biznes kreditlərini 9 milyon 309 min manat və ya 9.15 faiz azalaraq 92 milyon 364 min manata düşməsidir. Amma AFB-nin istehlak kreditləri 2 milyon 959 min manat artaraq 22 milyon 38 min manata, daşınmaz əmlak kreditləri isə 6 milyon 264 min manat artaraq 56 milyon 365 min manata yüksəlib. Mümkün zərərlər üçün məqsədli eytiyatını 641 min manat artıraraq 21 milyon 935 min manat etdiyinə görə bankın xalis kreditləri ötən ilin son rübü ilə müqayisədə 728 min manat və ya 0.48 faiz azalaraq 148 milyon 832 min manata enib.
AFB-nin fiziki şəxslərdən topladığı əmanətlər 18 milyon 666 min manat artaraq 48 milyon 485 min manata yüksəlib. Banka depozit yerləşdirən şirkətlər isə bankdakı əmanətlərinin 7 milyon 807 min manatını geri çəkərək depozitlərin həcmini 78 milyon 541 min manata endiriblər. Nəticədə bankın depozit portfeli 10 milyon 859 min manat artaraq 127 milyon 27 min manata yüksəlib. Yekunda bankın cəmi öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 18 milyon 102 min manat artaraq 217 milyon 8 min manata çatıb. Bu artımda depozit portfelinin payı 60 faiz olub.
Səhmdar kapitalında dəyişiklik etməyən AFB-nin cəmi kapitalı 5 milyon 620 min manat və ya 6.73 faiz azalaraq 77 milyon 854 min manata düşüb. Bu azalmada bölüşdürülməmiş mənfəətin payı 95.9 faiz, ümumi ehtiyatların payı isə 4.1 faiz olub. Belə ki, bankın bölüşdürülməmiş mənfəəti 5 milyon 389 min manat azalaraq 5 milyon 769 min manata, ümumi ehtiyatları isə 230 min manat azalaraq 1 milyon 692 min manata enib.
AFB Bank
2023 (II Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
294,863
282,381
12,482
Kredit
170,767
170,854
-87
İstehlak kreditləri
22,038
19,079
2,959
Biznes kreditləri
92,364
101,673
-9,309
Daşınmaz əmlak kreditləri
56,365
50,101
6,264
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
21,935
21,294
641
Xalis Kreditlər
148,832
149,560
-728
Cəmi Öhdəliklər
217,008
198,906
18,102
Depozit
127,027
116,168
10,859
Fiziki şəxslərin depozitləri
48,485
29,819
18,666
Hüquqi şəxslərin depozitləri
78,541
86,348
-7,807
Cəmi Kapital
77,854
83,474
-5,620
Səhmdar kapitalı
70,393
70,393
0
Bölüşdürülməmiş mənfəət
5,769
11,158
-5,389
Ümumi ehtiyatlar
1,692
1,922
-230
Bankın faiz gəliri 617 min manat artaraq 9 milyon 59 min manata, faiz xərcləri isə 980 min manat artaraq 2 milyon 230 min manata yüksəlib. Bununla da “AFB Bank”ın xalis faiz gəliri 6 milyon 829 min manat olub. Bu da keçən ilin eyni rübü ilə müqayisədə 362 min manat azdır.
AFB-nin qeyri-faiz gəliri 252 min manat artaraq 5 milyon 129 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 387 min manat artaraq 8 milyon 704 min manata çatıb. Nəticədə bankın əməliyyat mənfəəti 3 milyon 254 min manat olub ki, bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 1 milyon 497 min manat və ya 31.5 faiz azdır.
Bankın məcmu kapitalı ötən ilin analoji dövrü ilə müqayisədə 3 milyon 250 min manat və ya 4 faiz azalaraq 76 milyon 588 min manata düşüb.
Qeyd edək ki, AFB-nin aktivlərinin gəlirliyi (ROA) 1.14 faiz azalaraq 1.86 faizə, kapitalının gəlirliyi (ROE) isə 3.4 faiz azalaraq 7 faizə enib.