Səhmdar kapitalında dəyişiklik etməyən “AFB Bank”ın (qısaca - AFB) cəmi kapitalı 5 milyon 620 min manat və ya 6.73 faiz azalaraq 77 milyon 854 min manata düşüb.
Kommersant.az xəbər verir ki, bu azalmada bölüşdürülməmiş mənfəətin payı 95.9 faiz, ümumi ehtiyatların payı isə 4.1 faiz olub. Belə ki, AFB-nin bölüşdürülməmiş mənfəəti 5 milyon 389 min manat azalaraq 5 milyon 769 min manata, ümumi ehtiyatları isə 230 min manat azalaraq 1 milyon 692 min manata enib.