“AFB Bank”ın (qısaca - AFB) əldə etdiyi aktiv və kapitalının gəlirliyi kəskin azalıb.
Kommersant.az xəbər verir ki, bankın əldə etdiyi 294 milyon 863 min manatlıq cəmi aktivlərinin gəlirliyi 1.14 faiz azalaraq 1.86 faizə düşüb. Bundan başqa AFB-nin əldə etdiyi 77 milyon 854 min manatlıq kapital cəminin gəlirliyi də 3.4 faiz azalaraq 7 faizə enib.