USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank of Baku" kredit verilişə məhdudiyyət qoydu

03.08.2023 Problemli Banklar
23 19
"Bank of Baku" təkrar müştərilərinin kredit əldə etməsinə məhdudiyyətlər tətbiq edir.

Kommersant.az xəbər verir ki, rəsmi gəliri 2 min manat olan sözügedən bankın nümunəvi müştərisi "Bank of Baku"dan kredit əldə edə bilmir. Bankın kredit mütəxəssislərindən verilən məlumata görə kredit rəsmiləşdirilməsində rəsmi əmək haqqı ilə yanaşı qeyri-rəsmi gəlir də nəzərə alınır. Müştərinin rəsmi gəliri 2 min manat, qeyri-rəsmi gəliri isə 3-4 min manat olmasına baxmayaraq adının çəkilməsini istəməyən müştəriyə təkrar kredit verilməyib.

Qeyd edək ki, müştərinin sözlərinə görə, bank onun bütün məxfi hesab ediləcək sənədlərini topladıqdan sonra ona yox cavabı verib. İlkin kredit prosedurlarında isə əvvəlcə kredit tarixcəsinə baxılır və məxfi hesab edilməyəcək sənədlər toplanır. Vətəndaşa ayrılan kreditin məbləği və faizləri iki tərəf arasında razılaşdırıldıqdan sonra isə məxfi hesab olunan (iki tərəf arasında olan müqavilələr və s.) sənədlər toplanır. Yəni, "Bank of Baku" əvvəlcə məxfi sənədləri toplayıb özündə arxivləşdirdikdən sonra müştərilərinə yox cavabı verir.

  • Əvvəlki

    Bu investisiya şirkətləri gerilədi - “İNVEST-AZ”, “XALQ KAPİTAL”…

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0