ASB-nin faiz gəliri ötən ilin ilk yarısı ilə müqayisədə 3 milyon 858 min manat artaraq 15 milyon 991 min manata, faiz xərcləri isə 2 milyon 654 min manat artaraq 7 milyon 932 min manata yüksəlib. Nəticədə bank 8 milyon 56 min manat xalis faiz gəliri əldə edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 253 min manat və ya 18.4 faiz çoxdur.
Kommersant.az xəbər verir ki, Bankın qeyri-faiz gəliri 741 min manat artaraq 5 milyon 18 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 327 min manat artaraq 10 milyon 461 min manata çatıb. Buna görə də bankın əməliyyat mənfəəti 2 milyon 612 min manata bərabər olub ki, bu da 2022-ci ilin 2-ci rübü ilə müqayisədə 334 min manat azdır.
Əldə edilən əməliyyat mənfəətindən 150 min manat aktivlər üzrə yaradılan məqsədli ehtiyata ayrıldığı üçün bankın mənfəəti 2 milyon 462 min manat təşkil edib. 483 min manat mənfəət vergisi ödəyən ASB-nin xalis mənfəəti 1 milyon 978 min manat olub. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 1 milyon 24 min manat və ya 34.11 faiz azdır.