Fiziki şəxslərin “Azərbaycan Sənaye Bankı”ndan (qısaca - ASB) əmanətlərini çəkməsi bankın öhdəliklər cəminin azalmasına səbəb olub.
Kommersant.az xəbər verir ki, ASB-nin depozit portfeli 13 milyon 51 min manat və ya 2.9 faiz azalaraq 436 milyon 624 min manata düşüb. Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 35 milyon 477 min manat azalaraq 317 milyon 782 min manata bərabərləşib. Hüquqi şəxslərin əmanətləri isə 22 milyon 427 min manat artaraq 118 milyon 841 min manata yüksəlib. Yekunda bankın öhdəliklər cəmi 41 milyon 798 min manat və ya 6.55 faiz azalaraq 595 milyon 763 min manata düşüb.