USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərbaycan Sənaye Bankı”nın aktivləri 40 milyon manat azalıb

04.08.2023 Problemli Banklar
4 6
“Azərbaycan Sənaye Bankı”nın (qısaca - ASB) aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 40 milyon 8 min manat və ya 5.35 faiz azalaraq 707 milyon 533 min manata düşüb. Bu azalmada əsas səbəb bankın nastro hesablarının həcminin 43 milyon 627 min manat azalaraq 11 milyon 678 min manata enməsidir.

Kommersant.az xəbər verir ki, ASB-nin kredit portfeli isə 6 ay ərzində 427 min manat kiçilərək 241 milyon 169 min manat olub. Mümkün zərərlər üçün yaradılan ehtiyata 10 min manat ayırdığı üçün isə xalis kreditləri 417 min manat azlaraq 235 milyon 671 min manata düşüb.

Fiziki şəxslərin ASB-dən əmanətlərini çəkməsi bankın öhdəliklər cəminin azalmasına səbəb olub. Belə ki, bankın depozit portfeli 13 milyon 51 min manat və ya 2.9 faiz azalaraq 436 milyon 624 min manata düşüb. Fiziki şəxslərin bankdakı əmanətlərinin həcmi 35 milyon 477 min manat azalaraq 317 milyon 782 min manata bərabərləşib. Hüquqi şəxslərin əmanətləri isə 22 milyon 427 min manat artaraq 118 milyon 841 min manata yüksəlib. Yekunda bankın öhdəliklər cəmi 41 milyon 798 min manat və ya 6.55 faiz azalaraq 595 milyon 763 min manata düşüb.

  • Əvvəlki

    “Bank Respublika” kapital cəmini artırıb

Digər xəbərlər

19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0