Cəmi aktivlərini 40 milyon 8 min manat azaladaraq 707 milyon 533 min manata endirən “Azərbaycan Sənaye Bankı”nın (qısaca - ASB) aktivlərinin gəlirliyi azalıb.
Kommersant.az xəbər verir ki, ASB-nin aktivlərinin gəlirliyi ötən ilin ikinci rübü ilə müqayisədə 0.12 faiz azalaraq 0.28 faizə düşüb. Bundan başqa bankın kapital gəlirliyi də azalıb. Belə ki, cari ilin ilk altı ayının sonunda 111 milyon 170 min manat kapital cəmi əldə edən ASB-nin gəlirliyi 0.96 faiz azalaraq 1.77 faizə enib.