2023-cü ilin 3-cü rübündə əldə etdiyi mənfəətdən vergi ödəməyən “AFB Bank”ın (qısaca - AFB) sözügedən mənfəəti 5 milyon 160 min manat və ya 45 faiz azalaraq 6 milyon 292 min manata enib.
Kommersant.az AFB-nin maliyyə hesabatına istinadən xəbər verir ki, bankın cəmi aktivləri 2022-ci ilin son rübü ilə müqayisədə 22 milyon 243 min manat artaraq 304 milyon 624 min manat olub. Bu artımın əsas səbəbi bankın ticarət və investisiya qiymətli kağızları 24 milyon 130 min manat artaraq 42 milyon 593 min manata yüksəlməsidir.
AFB-nin müştərilərə verdiyi kreditlər 169 milyon 619 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 1 milyon 235 min manat və ya 0.72 faiz azdır. Bankın istehlak kreditləri 2 milyon 976 min manat artaraq 22 milyon 55 min manat olsa da, biznesmenlərə verdiyi kreditlər kəskin şəkildə azalıb. Belə ki, bankın biznes kreditləri 11 milyon 332 min manat və ya 11.14 faiz azalaraq 90 milyon 341 min manat olub. Daşınmaz əmlak kreditləri isə 7 milyon 122 min manat və ya 14.21 faiz artaraq 57 milyon 223 min manat olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 2 milyon 121 min manat və ya 9.96 faiz azalaraq 19 milyon 173 min manata düşüb. Nəticədə bankın xalis kreditləri 886 min manat artaraq 150 milyon 446 min manata yüksəlib.
AFB-nin cəmi öhdəlikləri 27 milyon manat artaraq 225 milyon 906 min manata çatıb. Bu artımda əsas pay depozit portfelinin üstünə düşüb. Bankın depozit portfeli 30 milyon manat artaraq 146 milyon 169 min manata yüksəlib. AFB-nin fiziki şəxslərdən topladığı əmanətlər 23 milyon 813 min manat artaraq 53 milyon 632 min manata, hüquqi şəxslərdən topladığı depozitlər isə 6 milyon 189 min manat artaraq 53 milyon 632 min manata bərabərləşib.
Səhmdar kapitalını dəyişməyən AFB-nin bölüşdürülməmiş mənfəəti 4 milyon 591 min manat və ya 41.14 faiz azalaraq 6 milyon 567 min manata düşüb. Bundan başqa ümumi ehiyatları da 165 min manat azalaraq 1 milyon 757 min manata enib. Nəticədə bankın cəmi kapitalı 4 milyon 757 min manat və ya 5.7 faiz azalaraq 78 milyon 717 min manata enib.
Qeyd edək ki, AFB-nin məcmu kapitalı 7 milyon 297 min manat azalaraq 75 milyon 164 min manata düşüb.
AFB Bank
2023 (III Rüb)
2022 (IV Rüb)
Fərq
Cəmi Aktivlər
304.624
282,381
22.243
Kredit
169.619
170,854
-1.235
İstehlak kreditləri
22.055
19,079
2.976
Biznes kreditləri
90.341
101,673
-11.332
Daşınmaz əmlak kreditləri
57.223
50,101
7.122
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat
19.173
21,294
-2.121
Xalis Kreditlər
150.446
149,560
886
Cəmi Öhdəliklər
225.906
198,906
27.000
Depozit
146.169
116,168
30.001
Fiziki şəxslərin depozitləri
53.632
29,819
23.813
Hüquqi şəxslərin depozitləri
92.537
86,348
6.189
Cəmi Kapital
78.717
83,474
-4.757
Səhmdar kapitalı
70.393
70,393
0
Bölüşdürülməmiş mənfəət
6.567
11,158
-4.591
Ümumi ehtiyatlar
1.757
1,922
-165
Məcmu Kapital
75.164
82.458
-7.294
AFB-nin faiz gəliri 1 milyon 834 min manat artaraq 14 milyon 925 min manata, faiz xərcləri isə 1 milyon 522 min manat artaraq 3 milyon 521 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 11 milyon 404 min manat olub ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 313 min manat çoxdur.
Qeyri-faiz gəliri 1 milyon 570 min manat azalaraq 6 milyon 356 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 959 min manat artaraq 13 milyon 412 min manata yüksəlib. Nəticədə bankın əldə etdiyi əməliyyat mənfəəti 3 milyon 216 min manat azalaraq 4 milyon 348 min manata bərabərləşib.
Yekunda isə AFB-nin xalis mənfəəti 5 milyon 160 min manat azalaraq 6 milyon 292 min manata enib.