USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank”ın aktivləri - AZALIB

16.11.2023 Problemli Banklar
0 0
“Yapı Kredi Bank” (Azərbaycan)ın aktivlər cəmi ötən ilin sonu ilə müqayisədə 21 milyon 328 min manat və ya 4.42 faiz azalaraq 460 milyon 599 min manata düşüb.

Kommersant.az xəbər verir ki, bu azalmanın əsas səbəbi bankdakı nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcminin 34 milyon 873 min manat azalmasıdır. Hətta aktivlər cəmində digər azalmaları da nəzərə alsaq bankın müştərilərinə verdiyi kreditlərin 20 milyon 317 min manat artması cəmi aktivlərin artmasına köməklik göstərə bilməyib. Bankın müştərilərinə verdiyi kreditlərin artmasında ən böyük pay istehlak kreditlərinin üzərinə düşüb. Belə ki, “Qoç Bank”ın istehlak kreditləri ötən ilin sonu ilə müqayisədə 14 milyon 643 min manat və ya 32.31 faiz artaraq 59 milyon 950 min manata yüksəlib. Bankın biznes kreditləri isə 2 milyon 296 min manat azalaraq 166 milyon 869 min manata enib. Bundan başqa bankın daşənmaz əmlaka verdiyi kreditlər 7 milyon 971 min manat artaraq 30 milyon 442 min manata yüksəlib.

“Yapı Kredi Bank” (Azərbaycan) mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 6 milyon 554 min manat və ya 17.15 faiz azaldaraq 30 milyon 442 min manata endirib. Nəticədə bankın xalis kreditləri 225 milyon 600 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 26 milyon 871 min manat çoxdur.

  • Əvvəlki

    “Yapı Kredi Bank”ın - İTKİLƏRİ

Digər xəbərlər

31.07.2024 Problemli Banklar
Bank VTB-nin mənfəəti azalıb
0 0
19.07.2024 Problemli Banklar
"Yapı Kredi Bank" müştərilərini itirib
0 0
18.07.2024 Problemli Banklar
"Bank VTB"nin bitməyən - ZƏRƏRİ
0 0
18.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın müştəriləri banka üz çevirib
0 0
17.07.2024 Problemli Banklar
"Kapital Bank"ın mənfəəti - AZALIB
0 0
16.07.2024 Problemli Banklar
"Rabitə Bank"ın aktivləri - AZALIB
0 0